Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 3-də Ukraynaya səfər edəcək.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.

Ərdoğan Ukraynaya səfər etmək niyyətini yanvarın 21-də açıqlayıb.

Qeyd edək ki, fevralın 3-də Ankara ilə Kiyev arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd olunacaq.