Avstriyalı aktyor-müğənni Ernst Stankovski vəfat edib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, aktyor 93 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi haqda isə hələlik məlumat verilməyib.

Qeyd edək ki, E.Stankovski  "Komissar Reks", "Cinayət yeri" və "Cəsur əsgər Şveyk" filmlərindəki obrazları ilə məşhurlaşıb.