Braziliya Ali Məhkəməsinin hakimi De Moraes prezident Jair Bolsonaronu natamam istintaqın məxfi sənədlərini paylaşdığı üçün ifadə verməyə çağırıb.

"Unikal" xəbər verir ki, Moraes Bolsonaronun Ali Seçki Məhkəməsi (TSE) sisteminə hücumları araşdıran və hələ də davam edən istintaqın məxfi sənədlərini sosial media hesabında paylaşdığı üçün ifadə verməsinin vacib olduğunu  vurğulayıb.  

Hakim Bolsonaronun ifadə verməkdən azad edilməsi tələbini rədd edərək, ona cümə gününə kimi polisə ifadə verməsini əmr edib. 

Buna görə, Bolsonaro bu  gün paytaxt Braziliyada Federal Polis Təftiş Mərkəzində ifadə verməlidir.

Gülayə  Mecid