"Tesla" şirkətinin rəhbəri İlon Mask fabrik işçilərini robotlarla əvəz edəcək.

"Unikal"  xəbər  verir  ki,  bu barədə  "Bloomberg" nəşri  məlumat yayıb.  Bildirilir ki, Mask insanabənzər "Optimus" robotunun yaradılmasının şirkətin 2022-ci ildə əsas layihəsi olacağını açıqlayıb.

Onun sözlərinə görə, gələcəkdə "Optimus" robotlarının istehsalı "Tesla" üçün avtomobil biznesindən daha əhəmiyyətli ola bilər. Həmçinin də, bu, ABŞ-da işçi çatışmazlığını aradan qaldırmağa kömək edəcək.

Mask ilk dəfə bu layihəni 2021-ci ildə elan edib. Onun sözlərinə görə, robot inkişaf etdirilən süni intellekt sayəsində insanlar üçün işləyə və tərəfdaş ola biləcək. Bundan əlavə, "Optimus" robota insan köməyi olmadan kosmosda uğurla naviqasiya etməyə imkan verən "Tesla"nın avtonom idarəetmə sistemini birləşdirəcək.

Gülayə Mecid