Xəbər verdiyimiz kimi, İstanbulda restoranların birində silahlı hücuma məruz qalan Ece Erkenin həyat yoldaşı Şafak Mahmutyazıcıoğlunun son görüntüləri  ortaya çıxıb. 

"Unikal" xəbər verir ki, restoranın təhlükəsizlik kamerasına əks olunan görüntülərdə qatillər əvvəlcə Mahmutyazıcıoğlu ilə mübahisə  edib. Masa arxasında əyləşən qatillər  ona aşağıdan iki dəfə silahla atəş açıb. Daha sonra Mahmutyazıcıoğlunu sürüyərək çölə çıxarmağa çalışsalar da, buna nail ola bilməyən canilər onun ayaqlarına və  bədəninə atəş açaraq öldürüblər.

Onun yardımına gələn sürücüsü də ağır  şəkildə yaralanıb.  Ümumillikdə  7 güllə yarası  alan vəkil xəstəxanada dünyasını dəyişib.

6  cani şəxs  restoranı tərk edib. Türkiyə  mətbuatında yer alan xəbərlərə görə,  artıq  qatillərdən ikisi saxlanılıb. Digər 4 nəfərin axtarışı davam edir. 

Qeyd edək ki, Şafak Mahmutyazıcıoğlu tanınmış aparıcı, aktrisa Ece Erkenin həyat yoldaşı idi.