Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 050 ABŞ dollarından bir qədər yuxarı olub.

"Unikal"ın məlumatına görə, 27 yanvar tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) fevral fyuçerslərinin qiyməti 1 052,1 dollar təşkil edib, bu da öncəki hesablama qiymətindən (1 063,5 dollar) 1% azdır.