Nigeriyanın Bauçi əyalətində polisləri daşıyan helikopter qəzaya uğrayıb. 

"Unikal" xəbər verir ki, qəza nəticəsində 6 nəfər xəsarət alıb.

Nigeriya Hava Məkanı İdarəetmə Agentliyindən verilən açıqlamada paytaxt Abucadan havaya qalxan polis helikopterinin pis hava şəraiti səbəbindən qəzaya uğradığı bildirilib.

Qəza zamanı ölən olmadığı, helikopterdə olan 6 polis əməkdaşının hər birinin yaralandığı qeyd olunub. 

Ağarza Elçinoğlu