Türkiyəli məşhur aktyor Onur Tuna ilə həmkarı Hande Doğandəmir ayrılıb.

"Unikal" xəbər verir ki, münasibətlərini gizli saxlayan cütlüyün sevgisi bir ay belə çəkməyib.  Bildirək ki, cütlük bir neçə həftə əvvəl instaqram paylaşımları ilə sevgili olduqlarını təsdiqləmişdi.

Qeyd edək ki, Onur hazırda "Mahkum", Hande isə "Annemizi saklarken" serialında baş rolları canlandırır.