“İntellekt” məktəb-liseyində şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı məktəb rəhbərliyi tərəfindən müvafiq araşdırma aparılır və zəruri profilaktiki tədbirlər görülür.

Bu barədə "Unikal"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

*** 11:16

Daha bir məktəbdə biabırçı görüntülər yayılıb.

"Unikal" xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolarda 9-cu sinif şagirdlərinin sinifdə partaların üzərinə çıxdığı və qeyri-etik hərəkətlər etdikləri əks olunub.

Seymur Əli