Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Unikal"a verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Məmməd Qurbanov saxlanılıb. Onun üzərinə baxış zamanı heroin aşkar edilərək götürülüb. M.Qurbanovun ətrafında davam etdirilən tədbirlərlə narkotik vasitəni rayon sakini, əvvəllər dəfələrlə məhkum edilmiş Arzu Tağıyevdən aldığı müəyyən edilib. A.Tağıyev də polis əməkdaşları tərəfindən saxlanılıb. Onun  evində aparılan axtarış zamanı psixotrop maddə olan metamfetamin və heroin aşkar edilərək götürülüb.

Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş növbəti tərbirlərlə narkotik vasitələrin qanunsuz dövrüyyəsində şübhəli bilinən daha bir rayon sakini Röyal İsgəndərov saxlanılıb. R.İsgəndərovdan 430 qramdan artıq narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb

Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirlir.