Bağdad Beynəlxalq Hava Limanı bu gün raket atəşinə tutulub. 

"Unikal" xəbər verir ki, İraqın təhlükəsizlik agentliklərindəki mənbə RİA Novosti-yə bildirib ki, ən azı altı raket vurulub.

"Ən azı altı raket vurularaq uçuş-enmə zolağına yaxın yerə düşüb", - mənbə bildirib.

Bildirilib ki, raketlər hava hücumundan müdafiə sistemi sayəsində vurulub. 

Hücum nəticəsində hava limanında park edilmiş təyyarə zədələnib. 

Ağarza Elçinoğlu