Səbail Rayon İcra Hakimiyyətinin (RİH) qarşısına bomba qoyulduğunu deyən şəxs saxlanılıb.

"Unikal" xəbər verir ki, hadisə yanvarın 27-si saat 16 radələrində qeydə alınıb.

Belə ki, naməlum şəxs Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar xəttinə zəng edərək RİH-nin qarşısına bomba qoyulduğunu bildirib.

Araşdırma zamanı zəng edən şəxsin Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü M.N (Ad, soyadı şərti) olduğu məlum olub.

Daha sonra həmin şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Məlum olub ki, M.N ruhi xəstədir. O, psixiatriya xəstəxanasına yerləşdirilib.