Ankarada keçirilən əməliyyat zamanı yaxalanan 3 əcnəbi terrorçu həbs edilib. 

"Unikal" xəbər verir ki, terrorçuların PKK/KCK-PYD/YPG silahlı terror təşkilatı üzvləri ilə təmasda olduqları və Suriyada silahlı təlim keçdikləri müəyyən edilib.

Axtarışlar zamanı təşkilati fəaliyyətlə bağlı foto və videolar ələ keçirilib.

Terrorçular polis bölməsindəki prosedurlardan sonra təhvil verildikləri hakimlik tərəfindən həbs edilib.

Ağarza Elçinoğlu