Əməkdar artist Elza Seyidcahan "10-da görüşək" proqramına qonaq olub. 

"Unikal" xəbər  verir ki, o , proqramda verdiyi  açıqlamaları ilə diqqət çəkib.  Müğənni ağlını sığortalatmaq istədiyini açıqlayıb:

"Enerjim çoxdur. O qədər müsbət enerjim var ki... Heç bir zaman bezmirəm, onları yaradıcılığımla bezdirirəm. Sual verdilər ki, hərə bir yerini sığortaladır. Siz haranızı sığortalayarsız? Mən də dedim ağlımı. Ağlım sığortalanmağa layiqdir. Sosial şəbəkədə yazırlar, Allah Elzaya ağıl versin. Deyirəm, nə yaxşı duadır. Bunu da xalq yox, saxta profil açan müğənnilər, "müğənniciklər"dir.  Səhər oyananda deyirəm, Allah, mənim ağlımı daha da zənginləşdir. Görün nə qədər adam mənə dua edir. Gündən-günə də ağlım artır".