Bu gün İTV-nin efirində yayımlanan “Səs Azərbaycan” vokal müsabiqəsinin böyük finalı baş tutub. 

"Unikal" xəbər verir ki, final canlı yayımlanıb. Xalq artisti Brilliant Dadaşova Emil Tağıyev, Xalq artisti Tünzalə Ağayeva Hidayət Əliyev, müğənni Eldar Qasımov Nadir Rüstəmli və Murad Arif Leyla İzzətova ilə birincilik uğrunda birgə yarışıb.

Dörd sənətçi tərəfindən seçilən ifaçılar canlı yayımda qalib olmaq üçün mübarizə aparıblar.

Müsabiqənin qalibi səs çoxluğu ilə “Eurovision 2011” yarışmasının qalibi Eldar Qasımovun komasındasında yarışan Nadir Rüstəmli olub.