ABŞ-ın Pittsburq şəhərində (Pensilvaniya ştatı) avtomobil körpüsü çöküb.

"Unikal" "CBS"-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlardan 3 nəfəri xəstəxanaya yerləşdirilib, digərlərinə isə hadisə yerində tibbi yardım göstərilib.

Yerli İctimai Təhlükəsizlik İdarəsi öz "Twitter" səhifəsində şəhər sakinlərini hadisənin baş verdiyi ərazidən uzaq durmağa çağırıb.
Ağ Evin mətbuat katibi Cen Psaki baş verən hadisə barədə ABŞ Prezidenti Cozef Baydenin məlumatlandırıldığını açıqlayıb.