Türkiyənin Mardin şəhərində “Eren Qış-20” genişmiqyaslı antiterror əməliyyatının yeni mərhələsinə start verilib.

"Unikal" "Haber Global" istinadən xəbər verir ki, əməliyyatda jandarm komandoları, xüsusi əməliyyatçılar və mühafizəçilərdən ibarət 585 şəxsi heyət iştirak edir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, "Eren Qış" əməliyyatları ölkədə terroru tamamilə aradan qaldırmaq məqsədilə başladılıb.

Qeyd edək ki, "Eren Qış" əməliyyatları 2021-ci ilin noyabrın 7-də başlayıb. Əməliyyat çərçivəsində bu günədək 20 terrorçu məhv edilib, 348 sığınacaq dağıdılıb.