Yanvar ayında dünyada yeni növ koronavirusa (COVID-19) 90 milyon yoluxma halı qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu, 2021-ci ilin dekabr ayı ilə müqayisədə 3,6 dəfə, keçən ilin yanvar ayı ilə müqayisədə isə 4,7 dəfə çoxdur.

Beləliklə, yanvar ayında planetdə pandemiya maksimum səviyyəyə çatıb. Təkcə son həftədə dünyada 22 milyon koronavirusa yoluxma halı qeydə alınıb. Bu, virus yayılan dövrdən indiyə qədər ən böyük göstəricidir.

Ancaq artıq bir sıra ölkələrdə yoluxma halları azalmağa başlayıb.