Rusiyanın Həştərxan vilayətində kafedə münaqişə zamanı 4 nəfər güllə yarası alıb.

“Unikal” xəbər verir ki, bu barədə “RİA Novosti”yə Daxili İşlər Nazirliyinin region üzrə nümayəndəsi bildirib.

Onun sözlərinə görə, bazar günü Nərimanov rayonundakı xəstəxanadan polisə 4 nəfərin güllə yarası ilə gətirilməsi barədə məlumat verilib. Hadisə yerinə əməliyyat-istintaq qrupu göndərilib.

Polis kafedə spirtli içki qəbul etmiş 7 yerli sakin arasında münaqişənin olduğunu müəyyənləşdirib.

"Dörd iştirakçı həyati təhlükəsi olmayan güllə yarası alıb", - Daxili İşlər Nazirliyinin sözçüsü bildirib. Zərərçəkənlərə tibbi yardım göstərilib.

Cinayət-axtarış şöbəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar. O özü də insident zamanı xəsarət alıb. Dava iştirakçılarından iki tapança götürülüb.

Polis hadisənin başvermə şəraitini müəyyən edir.