Ermənistanda son sutkada daha 1 631 nəfərdə COVID-19 aşkarlanıb.

"Unikal" xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzinin yaydığı məlumata görə, bununla da Ermənistanda sözügedən virusa yoluxanların sayı 391 588-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 11 nəfər artaraq 8 097-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 555 nəfərdir. İndiyədək 352 985 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 28 951 aktiv koronavirus xəstəsi var.