Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 44 505 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 438 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 165, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 38 902 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 306 245, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 255 473, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 756 764, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 2 294 008 təşkil edir.