"Azərbaycanda COVİD-ə qarşı yeniyetmələr arasında 12-18 yaş arası vaksinasiya tövsiyə edilib".

"Unikal" xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev brifinqdə deyib. Nazir bildirib ki, bugünə kimi Azərbaycanda 601 yeniyetmə vaksinasiyadan keçib:

"Burada yalnız Pfizer vaksini istifadə olunub və heç bir fəsad olmayıb. Yaş həddinin azaldılması da müzakirə olunub. Bütün qərarlar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsaslanır. ÜST-ün tövsiyəsinə əsasən azyaşlılara vaksin vurulması məcburi sayılmır".