Mərkəzi Amerika ölkəsi Kosta-Rika prezidenti Karlos Alvarado COVID-19 testinin müsbət çıxdığını açıqlayıb.

"Unikal" xəbər verir ki,o, bu barədə "Twitter" hesabında paylaşım edib.

Peyvəndin ikiqat dozası olduğunu xatırladan Alvarado, "COVID-19 testim müsbət çıxdı. Özümü yaxşı hiss edirəm, Səhiyyə Nazirliyinin elan etdiyi tədbirlərə əməl edək" -  deyə,  paylaşımında qeyd edib.