Meksikanın  ilin ilk iki ayında öldürülən jurnalistlərin sayı 5-ə çatıb.

"Unikal" xəbər verir ki, "Noticias Web" onlayn xəbər saytının direktoru Heber Lopez, Salina Kruz əyalətinin liman şəhərində səsyazma studiyasından çıxarkən hücuma məruz qalıb.

Oaxaca əyalətinin prokuroru Arturo Peimbert "Calvo" televiziya kanalına verdiyi açıqlamada qətllə əlaqəsi olduğu düşünülən iki şübhəlinin nəzarətə alındığını bildirib.

Bunula da, ölkədə ilin ilk 2 ayında öldürülən jurnalistlərin sayının 5-ə yüksəldiyi qeydə alınıb.

Xatırladaq ki, fotojurnalist Marqarito Martinez yanvarın 18-də Tijuana şəhərində evinin qarşısında avtomobilində güllələnib. Bildirilib ki, beynəlxalq media qurumlarında çalışan 49 yaşlı Martinez 10 ildir ki, yüksək səviyyəli cinayət fəaliyyətləri də daxil olmaqla , polis mənbələri və hesabatları üzərində işləyir.

Jurnalistlər üçün dünyanın ən təhlükəli ölkələrindən biri hesab edilən Meksikada 2000-ci ildən bu yana öldürülən jurnalistlərin sayı 130-u keçib.

Jurnalistləri və fəalları hədəf alan qətllərin çoxunun narkotik kartelləri və ya korrupsioner məmurlar tərəfindən törədildiyi güman edilsə də, qətl hadisələrinin çox az bir qismi açılıb.

Gülayə  Mecid