Türkiyə ordusu "Fərat Qalxanı" və "Barış Dalı" bölgələrində daha 29 terrorçunu məhv edib. 

"Bu barədə "Unikal" Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir. 

"Hər bir terrorçu üçün qaçılmaz son bəllidir. Fərat Qalxanı bölgəsinə hücuma cəhd edən 28 PKK/YPG terrorçusu və "Barış Dalı" bölgəsinə hücuma hazırlaşan 1 PKK/YPG terrorçusu qəhrəman komandolarımız tərəfindən zərərsizləşdirilib. Mübarizəmiz davam edir, davam edəcək", - məlumatda bildirilir.

Ağarza Elçinoğlu