Kamçatkada qəzaya uğrayan An-2 təyyarəsinin göyərtəsində olan iki nəfər həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vladimir Solodov məlumat verib.

O bildirib ki, “Kamçatski Kreçet” MMC-yə məxsus olan yüngül motorlu təyyarə göyərtəsindəki yüklə Karaqin rayonunun Tımlat kəndinə yollanırdı. Ancaq havaya qalxandan az sonra qəzaya uğrayıb.

“Təyyarədə iki ekipaj üzvü olub. Fövqəladə Hallar Nazirliyinin ilkin məlumatına görə, onlar təyyarə qəzası və yanğın nəticəsində həlak olublar”, - deyə Vladimir Solodov “Teleqram” kanalında dərc olunan müraciətində bildirib.

Artıq ölənlərin cəsədləri tapılıb. Yanğınsöndürənlər alovu söndürüblər.

Faktla bağlı cinayət işi başlanıb.