Rusiyada son sutka ərzində 203 949 nəfər koronavirusa yoluxub.

"Unikal"ın məlumatına görə, bu, pandemiya dövründə ölkədə qeydə alınmış ən yüksək göstərici olub.

Əvvəlki gün 197 076 nəfərin yoluxması qeydə alınmışdı. Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 13,73 milyonu ötüb.

Eyni zamanda, son sutkada 722 nəfər həyatını itirib. Bir gün əvvəl ölənlərin sayı 701 nəfər idi.

Rusiyada bu günədək koronavirusdan ölənlərin sayı 338 813 nəfərə çatıb.