Əfqanıstanın şimal-qərbindəki Badgis əyalətində məscidin yaxınlığında partlayış törədilib.

"Unikal"ın məlumatına görə, hadisə nəticəsində azı 8 nəfər həlak olub. Daha 20 nəfərin yaralandığı deyilir.

Qeyd olunur ki, partlayış sakinlər məsciddən çıxan zaman baş verib.

Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən qrup olmayıb.

Ölən və yaralı sayının artacağı istisna olunmur.