Kiyevi artilleriya mərmiləri ilə təmin etmək qərarından sonra ölkə hökuməti Ukraynaya silah tədarükünü davam etdirməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski danışıb. 

Fevralın əvvəlində Çexiyanın Nazirlər Kabineti Ukraynaya 37 milyon kron (təxminən 1,7 milyon dollar) dəyərində 152 millimetr kalibrli 4 min artilleriya mərmisinin ayrılması barədə qərar qəbul edib. 

"Bunun hansı formada olacağını hələ dəqiq bilmirəm, lakin hökumətimizin Ukraynaya bu böhrandan çıxmasına kömək etmək üçün siyasi iradəsi var. Bu səylərin bir hissəsi (Rusiya Prezidenti Vladimir – red.) Putin üçün "itki hesablamalarını” dəyişdirməkdir, belə ki, o, Ukraynaya fiziki hücum etməmək qərarına gəlsin” , - Çexiyanın xarici işlər naziri cümə günü “European Pravda” nəşrinə müsahibəsində bildirib.

Ağarza Elçinoğlu