İspaniyada son iki həftədə rekord səviyyədə artan benzinin qiyməti müzakirələrə səbəb olub.  

"Unikal" xəbər verir  ki, ölkədə ötən ilin sentyabrında 1,52 avro olan benzinin qiyməti son iki həftədə artaraq 1,58 avroya yüksəlib.

Dizelin litr qiyməti 2012-ci ildə qeydə alınan rekordu təkrarlayaraq 1,46 avroya yüksəlib.

İspan xalqı benzinin kəskin  bahalaşmasına görə hökumətə öz etirazlarını  bildiriblər.