“Mən 2 doza Sinovac və 3 doza Biontech peyvəndi vurmuşam. Peyvəndlərin təsirindən xəstəliyi yüngül formada keçirdim.

"Unikal"ın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, virusa yoluxduqdan 4-5 gün sonra koronavirus testinin nəticəsi neqativ olub və o artıq sağalıb. Ərdoğan, həmçinin, bazar ertəsi Birləşmiş Ərəb Əmirliklərinə səfərinin planlaşdırıldığını söyləyib.