Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Binəli Yıldırımın başçılıq etdiyi Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının nümayəndə heyətini qəbul edib.

"Unikal"ın xəbərinə görə, bu barədə məlumat Təşkilatın rəsmi "Twitter" səhifəsində paylaşılıb.

Qeyd olunub ki, İstanbulda baş tutan görüşdə Şuranın keçiriləcək sayca 12-ci toplantısı və gündəmdə olan digər məsələlər müzakirə olunub.