Türkiyədə 9 İran kəşfiyyatçısı ələ keçib.

"Unikal" xəbər verir ki, Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar Türkiyə və İsrail arasındakı münasibətlərin normallaşmasını əngəlləmək məqsədilə Türkiyə vətəndaşı olan yəhudi biznesmen Yair Gellerə sui-qəsd planı qurublar.

Plandan xəbərdar olan Türkiyə Kəşfiyyat İdarəsi (MİT) yəhudi biznesmenin təhlükəsizliyini təmin edib və İranlı agentləri ələ keçirib.

Məlumatı İsrail kəşfiyyatındakı mənbələrin də təsdiqlədiyi bildirilir.