Taliban nümayəndə heyəti Əfqanıstana humanitar yardım cəlb etmək üçün bazar günü Qətərin paytaxtı Dohaya səfər edib.

"Unikal" xəbər verir ki, Talibanın Xarici İşlər Nazirliyinin "Twitter"də yaydığı məlumata görə, nazir Əmir Xan Müttəqinin başçılıq etdiyi nümayəndə heyəti Dohada Aİ, Körfəz ölkələrinin diplomatik missiyaları və rəsmiləri ilə görüşəcək.

Qeyd edək ki, Taliban hökuməti hələ heç bir ölkə tərəfindən rəsmi tanınmayıb. BMT Əfqanıstanın 38 milyon əhalisinin yarısının qida çatışmazlığı ilə üzləşdiyini bildirir.