Azərbaycan Turizm və Menecment  Universitetində (ATMU) 2021/2022-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası başa çatıb. 

Universitetdən "Unikal"a bildirlib ki, 2022-ci ilin 5 yanvar – 4 fevral tarixlərində keçirilən imtahan sessiyasında bakalavriat səviyyəsi üzrə 71 qrupda  təhsil alan 1631 tələbə 421 imtahanda iştirak edib. İmtahanların nəticəsinə əsasən 171 tələbə  davamiyyətə görə imtahanlara buraxılmayıb, 79 tələbə imtahana gəlməyib, 107 tələbə qayda pozuntusuna görə imtahandan kənarlaşdırılıb.

Magistratura səviyyəsin üzrə 26 qrupda  təhsil alan 214 tələbə 171 imtahanda iştirak edib.  İmtahanların nəticəsinə əsasən 78 tələbə  davamiyyətə görə imtahanlara buraxılmayıb, 30 tələbə imtahana gəlməyib, 3 tələbə qayda pozuntusuna görə imtahandan kənarlaşdırılıb.

Payız semestrinin imtahan sessiyasında Apellyasiya Komissiyasına ümumilikdə 41 müraciət daxil olub, onlardan 11 tələbənin işində dəyişiklik edilib.

2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası mövcud qaydalara uyğun təşkil edilib, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik təmin edilib, yаrаnа biləcək mənfi hаllаr operativ surətdə aradan qaldırılıb. 
Rektor İ.Mədətov söhbət əsnasında İmtahan sessiyası ərzində təhsilalanların istəklərini, problem və təkliflərini dinləmək məqsədilə çevik kommunikasiya vasitələrindən biri kimi “Açıq qapı” günlərinin keçirildiyini,tələbə, magistrant və valideynlər tərəfindən daxil olan çoxsaylı müraciətlərdə isə ATMU-da keçirilən imtahanlardan məmnunluq ifadə edildiyini diqqətə çatdırdı.