Xəzər rayonunun bütün qəsəbələri əhatə olunmaqla genişmiqyaslı ümumrayon iməcliyi keçirilib. 18 fevral 2022-ci il tarixində səhər saatlarından etibarən rayon ərazisində təmizlik işlərinin həyata keçirilməsinə başlanılıb.

Xəzər Rayon İcra Hakimiyyətindən "Unikal"a verilən məlumata görə, iməcilik zamanı əsasən rayonun mərkəzi küçə və prospektlərində, park və xiyabanlarında abadlaşdırma işləri aparılmış, mövcud yaşıllıqlar bərpa edilmiş, yeni yaşıllıq zolaqları yaradılıb və ətraf ərazidə təmizlik işləri aparılır. 

Keçirilən təmizlik aksiyasında Mənzil-Kommunal Təsərrüfatı Birliyi, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri və digər idarə, müəssisə və təşkilatlarda bilavasitə iştirak edirlər.

Xəzər rayonunda aparılan abadlıq-quruculuq, yenidənqurma işləri ilə yanaşı, mütəmadi olaraq həftə sonları iməciliklər də təşkil edilir.