Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) "Gənclər arasında narkomaniya və tütünə qarşı mübarizə ilə bağlı maarifləndirmə” adlı tədbir olub.

"Unikal" xəbər verir ki, Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Muğan Əliyev, Sağlam qida mütəxəssisi, beynəlxalq ekspert və təlimçi Məhsəti Hüseynova, Karyera və kommunikasiya şöbəsinin mütəxəssisi Lalə Qafarova və Universitet tələbələrinin iştirak etdiyi tədbirdə M.Əliyev adıkeçən  layihənin məqsədi, narkomaniya və pis vərdişlərin fasadları, narkomaniya və tütünə qarşı  mübarizə sahəsində maarifləndirmə işinin təşkili, saglam həyat tərzi, informasiya qıtlığının aradan qaldırılması və vətənpərvərlik ruhunun təşviqi və s. məsələlərə aydınlıq gətirib. Maarifləndirmə istiqamətində təlimlərin təşkil olunmasının məqsədəuyğunluğu diqqətə çatdırılıb.

Beynəlxalq ekspert və təlimçi Məhsəti Hüseynova sağlam həyat tərzi, sağlam qidalanma, siqaret və alkoqolizm kimi pis vərdişlərin yaratdığı fizioloji və psixoloji fəsadlardan detallı bəhs edib. ATMU tələbələrinin mövzuya dair sualları Beynəlxalq ekspert və təlimçi M.Hüseynova tərəfindən cavablandırılıb. 

"Gənclər arasında narkomaniya və  tütünə  qarşı  mübarizə ilə əlaqədar maarifləndirmə” adlı təlim fəal-iştirakçı tələbələrə sertifikat, maarrifləndirici buklet və informasiya materiallarının təqdimatı ilə başa çatıb.