Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Karyera və kommunikasiya” şöbəsinin təşkilatçılığı ilə Universitetdə “Career Advisor Zone” layihəsi çərçivəsində ilk təlim keçirilib.

"Unikal" xəbər verir ki, tələbə və məzunların iştirakını hədəfləyən layihədə tələbələrlə işəgötürənlər arasında birbaşa əlaqənin yaradılması,karyera - təcrübə imkanlarına dəstək, karyera strategiyasını şərtləndirən səmərəli məsləhətlər nəzərdə tutulub. "Career Advisor Zone" layihəsi üzrə keçirilən ilk görüşün qonağı Four Seasons Hotels and Resorts-un İnsan resursları departamentinin direktoru İdil Tumoz Eratay idi. “Career Advisor Zone” layihəsinin icrası ilə bağlı təlimdə İ.T.Eratayın uğurlu karyera qurmanının sirləri və strategiyaları mövzusundakı çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.Tədbirin sonunda tələbələrin çoxsaylı sualları təlimçi tərəfindən peşəkarlıqla cavablandırılıb. 

Qeyd etmək lazımdır ki, ATMU-da qarşıdakı aylarda adıkeçən layihə çərçivəsində silsilə təlimlərin təşkili nəzərdə tutulub.