Amerika Birləşmiş Ştatları Dövlət katibi Kremldən kursu dəyişməyi və Ukraynada müharibəni dayandırmağı tələb edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu cümə günü Brüsseldə NATO və Aİ-dən olan həmkarları ilə görüşdən sonra dövlət katibi Entoni Blinken deyib.

Blinken deyib ki, ABŞ Rusiya üçün mənfi nəticələri genişləndirməyə davam edəcək.

"Rusiya müharibəni dayandırmasa, təcrid və iqtisadi problemlərin artması yolu ilə davam edəcək", - deyə Blinken deyib.