Malidə hərbi qarnizona təşkil edilən terror hücumunda 27 əsgər həlak olub, 33-ü isə yaralanıb.

"Unikal"  xəbər verir  ki,  bu  barədə Mali Ordusu yazılı açıqlama yayıb.  Məlumata görə, ölkənin Mondoro məntəqəsindəki qarnizonun bomba yüklü avtomobillə hədəf alındığı bildirilib.

Hücumdan sonra əsgərlərlə terrorçular arasında baş verən qarşıdurmada 27 əsgərin həyatını itirdiyi, 33 əsgərin isə yaralandığı qeyd edilib.

Hadisə zamanı 7 əsgərin itkin düşdüyü, 70 terrorçunun zərərsizləşdirildiyi bildirilib.