Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 033 yoluxma halı qeydə alınıb, 32 nəfər ölüb.

"Unikal"ın xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 623 672, ölənlərin sayı isə 16 338 nəfərə çatıb.

Virusa yoluxanlardan 1 547 531 nəfərin sağaldığı bildirilib.