Avropa İttifaqının Yəmən missiyasının rəhbərinin müavini Marion Lisse Yəmənin qadınlar üçün dünyanın ən çətin ölkələrindən biri olduğunu açıqlayıb.

"Unikal" xəbər verir ki, Lisse 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə verdiyi yazılı açıqlamada Yəməndə qadınların vəziyyətindən danışıb.

“Yəmən qadınlar üçün dünyanın ən çətin ölkələrindən biridir” ifadəsini işlədən Lisse ölkədə sülhün və davamlı inkişafın təmin edilməsi üçün qadın və kişilərin iqtisadiyyatda bərabər iştirakının vacib olduğunu vurğulayıb.

Yəmənli qadınların hər sahədə güclənməsinə böyük əhəmiyyət verdiyini qeyd edən Lisse, Yəməndə Aİ-nin bütün layihələrinin xüsusilə qadınların güclənməsinə yönəldiyini bildirib.