Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir zamanda ukraynalı əsgər sevgilisinə maraqlı evlilik təklifi edib.

"Unikal" xəbər verir ki, sərhəd məntəqələrindən birində növbətçi olan ukraynalı əsgər sevgilisinin olduğu maşını dayandırıb. Və maşındakı hər bir şəxsi yoxlamağa başlayıb.

Daha sonra sevgilisinin arxasında diz çökən ukraynalı əsgər əlindəki gül və üzüklə ona evlilik təklifi edib.

Ətrafdakı əsgərlərin alqışları ilə müşayiət olunan sevgilisinin evlilik təklifinə "hə" deyən gənc qız duyğulu anlar yaşayıb.