Ukrayna Prezidenti Volodimir Zelenskinin Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb. 

"Unikal" xəbər verir ki, bu barədə avropalı siyasətçilər mükafat komitəsinə müraciət ediblər.

Siyasətçilər “tarixi və görünməmiş hadisələr fonunda” Nobel Sülh Mükafatına namizədlərin irəli sürülməsi müddətini bu il martın 31-dək uzatmağın zəruriliyini elan ediblər.

"Bu, prezident Zelenskinin və Ukrayna xalqının Nobel Sülh Mükafatına namizədliyini təmin etmək üçün lazımdır", - təşəbbüs müəllifləri qeyd ediblər.