Brovarski rayonunda Ukrayna qüvvələri işğalçıların ərzaq və yanacaq təchizatını kəsib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib. 

Bildirilib ki, Rusiya ordusu Kiyevə hücum zamanı bir tank alayını itirib. 

"Kiyevə növbəti hücum cəhdi zamanı işğalçılar 6-cı tank alayının birləşmiş dəstəsini itiriblər. Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin fəal hərəkətləri sayəsində düşmən bölmələrinin müəyyən istiqamətlərdə yanacaq və ərzaq təchizatı kəsilib", - məlumatda deyilir.

Ağarza Elçinoğlu