Ukrayna Müdafiə Nazirliyi Rusiyanın indiyədək olan itkilərini açıqlayıb.

"Unikal" xəbər verir ki, nazirlik hərbi əməliyyatlar nəticəsində Rusiya Silahlı Qüvvələrinin 15 300 hərbçisinin məhv edildiyini bildirib.

Məlumata görə, Rusiya ordusu 509 tank, 1556 piyadaların döyüş maşını, 252 artilleriya qurğusu, 99 hərbi təyyarə, 123 hərbi helikopter, 70 yanacaq çəni olan avtomobil, 3 gəmi itirib.