Meksikanın Morelos əyalətində yerləşən Temixco şəhərində ikimühərrikli "Beecraft King Air 90" kiçik təyyarəsi supermarketin üzərinə düşüb.

"Unikal" xəbər verir ki,  hadisə  nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Qəzaya uğrayan təyyarənin qalıqları birmərtəbəli tikili olan supermarketin divarını aşaraq içəri keçib. Hadisənin baş vermə  səbəbi araşdırılır.