"İzyum istiqamətində düşmən böyük itki verib".

"Unikal" xəbər verir ki,  bu  barədə Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleh Synegubov məlumat yayıb. 

Onun sözlərinə görə, İzyum üzərində ukraynalı hərbçilər rusların pilotsuz təyyarəsini və Su-34 təyyarəsini məhv edib.

"Silahlı qüvvələrimiz öz mövqelərini saxlayır, düşmən qüvvələrini məhv edir, bu gün Su-34 təyyarəsi və pilotsuz uçuş aparatı vurulub”, - deyə o, bildirib.