Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yunan-Roma güləşçilərimizdən 5-i bu gün medal görüşlərinə çıxacaq.

"Unikal" xəbər verir ki, təmsilçilərimizdən Eldəniz Əzizli (55 kq) və Taleh Məmmədov (63 kq) finalda mübarizə aparacaqlar. Hər iki güləşçimiz Gürcüstan pəhləvanlarını sınağa çəkəcək. E.Əzizli Nuqzari Tsurtsumia, T.Məmmədov Leri Abuladze ilə görüşəcəklər.

Digər idmançılarımız Sənan Süleymanov (77 kq) təsəlliverici görüşdə Mantas Kazimieras Sinkeviçius (Litva) - Denis Horvat (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq. İslam Abbasov (87 kq) bürünc medal uğrunda Metehan Başar (Türkiyə) - Yohan Danielov Dimitrov (Bolqarıstan), Beka Kandelaki (130 kq) isə Alin Aleksuk-Çurariu - Dariuş Attila Vitek (Macarıstan) görüşlərinin qalibləri ilə güclərini sınayacaqlar.