ABŞ Ukraynaya 100 ədəd “Switchblade” intiharçı dronu yollayıb.

"Unikal"  “Ria Novosti“yə istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi bildirib.
Pentaqon sözçüsü bildirib ki, ordu ehtiyatlarından 100 ədəd PUA Ukraynaya yola salınıb. Eyni zamanda, ABŞ bu dronları idarə edəcək kadrların da hazırlanmasına kömək edəcək.